Karakasla Tehran arasında təyyarə reysi açılacaq

Karakasla Tehran arasında təyyarə reysi açılacaq
DÜNYA
19:27 12.06.2022
391
"İyulun 18-dən etibarən turizmi və hər iki ölkə arasında birliyi təşviq etmək üçün turistləri paylaşmağa imkan verən paketlər vasitəsilə Karakas-Tehran reysi açılacaq. Şübhəsiz ki, İran və Venesuela arasında əlaqələr möhkəmlənir və genişlənir”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

İranlı həmkarına minnətdarlıq edən Venesuela lideri iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşəcəyini vurğulayıb.

"Təşəkkürlər Prezident Rəisi! Əminəm ki, xalqlarımız arasında sarsılmaz dostluq möhkəmlənəcək, biz ölkələrimizin necə çətinliklər içində böyüdüyünün, yeni və antiimperialist dünyanın yarandığının şahidi olacağıq. Qardaş İran Respublikası, dəstəyimizə arxayın olun!”, - Maduro sosial şəbəkə hesabında qeyd edib.
OXŞAR XƏBƏRLƏR