Karantin qaydalarını kobud şəkildə pozan toy təşkilatçısı CƏRİMƏLƏNDİ

Karantin qaydalarını kobud şəkildə pozan toy təşkilatçısı CƏRİMƏLƏNDİ
SOSİAL
19:45 01.11.2021
332
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyətdə toy məclisi təşkil edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonunun Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin qaydalarının pozulduğuna görə toy təşkilatçısı S.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.
OXŞAR XƏBƏRLƏR