Karantin rejiminin yumşaldıldı, bəs universitetlərdə ənənəvi tədris bərpa oluna bilər? - AÇIQLAMA

Karantin rejiminin yumşaldıldı, bəs universitetlərdə ənənəvi tədris bərpa oluna bilər? - AÇIQLAMA
SOSİAL
10:18 11.03.2022
316
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edildi.

Martın 6-dan tətbiq olunmağa başlayan qərara əsasən bir sıra məhdudiyyətlər aradan qaldırıldı.

Yoluxma sayının azalması səbəbindən karantin rejiminin yumşaldılması universitetlərdə tədrisin ənənəvi formaya keçməsinə necə təsir edəcək?

AZXEBER.COM xəbər verir ki, Trend sözügedən məsələ ilə bağlı Azərbaycan universitetlərinə sorğu ünvanlayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, Azərbaycan Texniki Universitetində (AzTU) tədris hibrid formada davam edir.

"Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı tədrisin tam olaraq ənənəvi formaya keçidi Təhsil Nazirliyi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə mümkün ola bilər. Hələlik bununla bağlı rəsmi qərar yoxdur", - deyə o əlavə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, dərslər hazırda hibrid formada davam edir.

"Tədrisin tam olaraq ənənəvi formaya keçməsi universitetlərin öz seçimləridir. Tələbə sayı çox olduğu üçün hazırda dəyişilməsi nəzərdə tutulmur", - deyə o bildirib.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, universitetdə dərslər distant yox, ənənəvi formada davam edir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, karantin yumşaldılması ilə bağlı ənənəvi tədrisə keçid hazırda universitetlərdə müzakirə olunur.

"Lakin bizim universitetdə hələ bir qərar verilməyib. Təhsil Nazirliyi və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq bir nəticə əldə olunacaq. Hazırda dərslər hibrid formada davam edir", - deyə o qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədovanın sözlərinə görə, hal-hazırda magistrlardə dərslər ənənəvi formada aparılır. Bakalavrlarda isə mühazirələr onlayn, seminarlar isə ənənəvi qaydada keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ