"Karantin zamanı doğum gününü qeyd edən 187 saylı məktəbin direktoru Nailə Məmmədova işdən azad olunması ilə bağlı Təhsil Nazirliyinə müraciət edib".
AZXEBER.COM xəbər verir ki, bu sözləri İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov deyib.
O bacısının işdən azad olunması ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini vurğulayıb.
Rasim Məmmədov bu haqda "Azərbaycanın səsi" səhifəsində canll yayım zamanı deyib.
Qeyd edək ki, məktəb direktoru ad günü keçirdiyi üçün Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət almışdı.