Karantində işləyən daha bir kafe aşkarlandı - Foto

Karantində işləyən daha bir kafe aşkarlandı - Foto
SOSİAL
10:47 18.07.2020
1527
Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən kafe aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat zamanı şəhər sakini Ramin Aslanovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 9 nəfər müştərinin xüsusi karantin qaydalarını pozduqları aşkar olunub.

Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər və onlara ciddi xəbərdarlıq olunub. Obyekti işlədən R.Aslanov barəsində isə toplanmış material şəhər məhkəməsinə göndərilib.
 

 


OXŞAR XƏBƏRLƏR