"Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulsun" - VİDEO

"Karantindən sonra təmtəraqlı yas məclislərinə son qoyulsun" - VİDEO
SOSİAL
13:06 04.05.2020
3218

Xüsusi karantin rejimində yas mərasimlərinin çadırlarda və digər qapalı məkanlarda təşkili qadağandır.Dəfn mərasimlərində isə məhdud sayda insanın iştirakına icazə verilir. Bu arada, millət vəkili Fazil Mustafa bunu koronavirusun Azərbaycan xalqına ən böyük mənəvi xeyri hesab edir. Depuatın sözlərinə görə, ay yarımdır insanlar sakitcə, təmtəraqsız yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, gəlib evlərində qayğıları ilə məşğul olurlar. 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalır.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin"GünəDoğru”proqramında süjet yayımlanıb.

 

Fazil Mustafa – Milli Məclisin deputatı: "Hesab edirem ki, bu ənənənin gələcəkdə də davam eləməsi vacibdir. Çünki bizdə yas mərasimləri insanlar üçün böyük bir sıxıntı mənbəyidir. İnsanlar əslində öz əzizlərinin üzüntüsünü yaşamaqla yanaşı, həm də maddi cəhətdən kifayət qədər əziyyət çəkirlər. Və hər hansı bir tədbiri yola vermək onlar üçün böyük bir məsrəf bahasına başa gəlir”.

 

Millət vəkilinin gündəmə gətirdiyi məsələni dəyərləndirən ekspertlər deyir ki, Azərbaycanda yas mərasimləri insanlar üçün böyük sosial bəlaya çevrilib.

 

Zahid Məmmədovov – Ekspert: "Bəzi hallarda görürsən ki, yoxsul insan bankdan kredit alır ki, mənim atamın qırxıdır, anamın qırxıdır.Bu nə deməkdir, nə düşüncədir.Nə vaxta qədər insanlar özlərininciblərinə uyğun olmayan mərasimlər həyata keçirəcək?”

 

QMİ-nin səalahiyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyir ki, rəhmətə gedən şəxsin yaxınlarının əziyyətə salınması, borc-xərcə düşməsi, yaxud israfçılığa yuvarlanması islam dininə ziddir.

 

Hacı Surxay Məmmədli - QMİ-nin səalahiyətli nümayəndəsi: "Bu virus bizə eyni zamanda israfa yol verməməyi də öyrətdi. İslamda həddindən artıq israf olmaz. Allahın özünün də Qurani-Kərimdə həddi var. O hədləri keçməyin, hədləri aşmayın”.

 

Fazil Mustafa – Milli Məclisin deputatı: "Düşünürəm ki, bu qaydaların davam etməsi lazımdır. Çünki bu həm İslam dininin tələblərinə uyğun olar, həm də əlavə insanları problemlərdən qurtarmış olar. Yaxşı olar ki, kiçik səviyədə, yaxın insanların iştirakı ilə bu mərasimlər keçirilsin”.


Bu kimi məsələlər daha çox tövsiyyələrlə tənzimlənir. Ona görə də hər bir insan dərk etməlidir ki, bu israfçılıqdan başqa bir şey deyil.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO