Karapetyanın tərəfdarları “Güclü Ermənistan” adlı yeni siyasi partiya yaradıblar

Karapetyanın tərəfdarları “Güclü Ermənistan” adlı yeni siyasi partiya yaradıblar
DÜNYA
18:47 19.01.2026
305
Erməni iş adamı Samvel Karapetyanın tərəfdarları "Güclü Ermənistan” adlı yeni siyasi partiyanı qeydiyyatdan keçiriblər.

Bu barədə "Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, yeni partiya Samvel Karapetyanın ailəsi tərəfindən yaradılmış "Bizim yolumuz” hərəkatının bazasında formalaşdırılıb.

Xatırladaq ki, Samvel Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlar və maliyyə maxinasiyaları ittihamları ilə məhkəmə qərarı əsasında həbs edilib və hazırda ev dustağıdır.
 
///apa
OXŞAR XƏBƏRLƏR