Karateçilərimiz niyə yarışlara gedə bilmir?

İDMAN
07:40 09.02.2011
1918

“İlin əvvəli olduğuna görə maliyyə vəziyyətimiz pisdir. Bizə Gənclər və İdman Nazirliyindən cəmi 20 min pul ayrılıb, ancaq hələ verməyiblər. Deyirlər Avropa Çempionatına gedin-qayıdın, sonra veriləcək. Federasiyanın isə çempionata getmək üçün imkanı yoxdur”. Bu sözləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib. O, vəziyyətlə bağlı nazirliyə yenidən müraciət etdiklərini, ancaq maliyyə vəsaitinin verilmədiyini bildirib. Federasiya prezidenti bir neçə dəfə belə halların baş verdiyini, ancaq sponsorlar və şəxsi hesablarına yarışa gedib-gəldiklərini, sonradan pulun ödənildiyini vurğulayıb: “Amma bu dəfə pul tapa bilmədik. Ona görə də yeniyetmələr və gənclər arasında Avropa Çempionatında iştirak edə bilmədik”.

O, heç bir yarışa tam heyətlə qatıla bilmədiklərini önə çəkib: “Pul az olduğuna görə, ümumiyyətlə bütün yarışlara tam heyət apara bilmirik. Avropa Çempionatına isə həm qızlar, həm də oğlanlar qatılmalı idi. Bizə 15 min pul lazım idi”.

 

OXŞAR XƏBƏRLƏR