Karateçilərimiz dünya çempionatında bürünc medallar qazandı

İDMAN
23:18 18.07.2012
1464
Slovakiyanın paytaxtı Bratislavada tələbələr arasında karate üzrə dünya çempionatı başa çatıb.
Milli Karate Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan yığması komanda birinciliyində üçüncü yeri tutub.Ayxan Mamayev (75 kq) və Şahin Atamov (84 kq-dan çox) öz çəki dərəcələrində bürünc medallar qazanıblar. Bu yarışlarda dünyanın 47 ölkəsindən 500-dən çox idmançı iştirak edirdi.Qeyd edək ki, Azərbaycan yığması komanda birinciliyində bundan əvvəlki dünya çempionatında göstərdiyi nəticəni təkrarlayıb. Fərq yalnız ondan ibarətdir ki, əvvəlki dünya çempionatında bizim idmançılar öz çəki dərəcələrində iki qızıl medal qazanmışdı.

OXŞAR XƏBƏRLƏR