Karib hövzəsini dağıdan Beril qasırğasında ölənlərin sayı durmadan artır

Karib hövzəsini dağıdan Beril qasırğasında ölənlərin sayı durmadan artır
DÜNYA
13:44 03.07.2024
123
Karib hövzəsini dağıdan Beril qasırğasında ölənlərin sayı 6-ya yüksəlib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi tərəfindən açıqlama verilib.
 
İntensivliyi "4-cü kateqoriyaya" enən Beril qasırğasının dünən gecə Yamaykanın paytaxtı Kinqstondan təxminən 480 kilometr cənub-şərqdə təsirli olduğu və sürəti saatda 240 kilometrə çatıb və şimal-qərbə doğru irəliləməyə davam edib.

Açıqlamada qasırğanın sabah Kayman adalarına, iyulun 5-də isə Meksikanın Yukatan yarımadasına çatacağı bildirilib.
 
Təbii fəlakət nəticəsində Qrenada və Sent-Vinsent adalarında 1, Venesuelada isə 2 nəfər ölüb.
 
Mərkəzi Amerikanın şimal-şərq sahillərində yerləşən Karib hövzəsi ölkəsi Belizdə də qasırğa təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. 

Qasırğanın şiddətinin yaxın günlərdə dəfələrlə dəyişəcəyi bildirilmiş, təbii fəlakətin Karib dənizinin mərkəzində və Yamaykaya doğru irəlilədikcə də intensivliyini qoruyacağı qeyd edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR