Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

İDMAN
18:49 12.12.2022
258
İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti Braziliya yığmasının sükanı arxasına keçə bilər.
 
63 yaşlı mütəxəssisin 2023-cü ilin yayından Cənubi Amerika təmsilçisində işləmək ehtimalı var.

Braziliya Futbol Konfederasiyasının rəhbərliyi Qətərdə keçirilən dünya çempionatından əvvəl Ançelotti və İngiltərə "Mançester Siti"sinin baş məşqçisi Xosep Qvardioa ilə əlaqə saxlayıb. Lakin ispaniyalı mütəxəssis bu təklifi geri çevirib. İtaliyalı baş məşqçi isə təkliflərə açıq olduğunu, lakin mövsümün sonunda milliyə rəhbərlik edə biləcəyini söyləyib.

Qeyd edək ki, "sambaçılar" DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzub. Bu qarşılaşmadan sonra baş məşqçi Tite istefa verdiyini açıqlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR