Karlo Marino Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərini işıqlandırıb

Karlo Marino Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərini işıqlandırıb
SİYASƏT
09:12 09.09.2024
430
Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə təmsilçisi, Eurasiaticanews’un (Avropa-Asiya xəbərləri) informasiya portalının direktoru və təsisçisi Karlo Marino "Faro di Roma” online qəzetində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfərini işıqlandırıb.

AZXEBER.COM xəbər verir ki, Karlo Marinonun imzası ilə dərc olunan nəşrdə dövlət başçımızın İtaliya Prezidenti Sercio Mattarella tərəfindən yüksək səviyyədə qarşılanmasına və işgüzar görüşlər keçirməsinə toxunulub.

Həmçinin bildirilib ki, Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıyır və İtaliya COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazırdır.

Qeyd edilib ki, İtaliya Qafqaz regionunun sabitliyi və rifahı naminə fəaliyyət göstərməyə, davamlı sülhə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək verməyə sadiqdir.

Eyni zamanda nəşrdə Prezident İlham Əliyev Romada İtaliyanın "Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə işgüzar görüşünə də yer verilib.

Bildirilib ki, görüşdə SOCAR ilə "Eni S.P.A” şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunulub, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olundu ki, sənədlərin imzalanmasından sonra "Eni S.P.A” şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.

Görüşün sonunda "Eni S.P.A” və SOCAR arasında enerji təhlükəsizliyi, istixana qazlarının emissiyalarının azaldılması və bioyanacaq istehsalı zənciri sahələrində üç anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, İtalyanlı jurnalist Karlo Marino AzTV-nin efirində yayımlanan "Hədəf” analitik informasiya proqramına skype vasitəsi ilə dəfələrlə bağlanaraq müxtəlif mövzularda video müsahibə verib. Karlo Marinonun sonuncu müsahibəsi Prezident İlham Əliyevin sentyabrın 5-də İtaliyaya səfəri haqqında olub.

Məqalə və Müsahibə ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:



Asiman Əsədov
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
12:13 23.06.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
12:12 23.06.2026
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
11:48 23.06.2026
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
11:45 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
11:32 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
11:30 23.06.2026
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
11:26 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
11:23 23.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
11:10 23.06.2026
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
SABAH qruplarına müəllim qəbulu elan edildi
11:06 23.06.2026
SABAH qruplarına müəllim qəbulu elan edildi
Bakı zooparkı ləğv olunur
11:03 23.06.2026
Bakı zooparkı ləğv olunur
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
11:02 23.06.2026
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
11:00 23.06.2026
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
10:39 23.06.2026
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
10:39 23.06.2026
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti
10:31 23.06.2026
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti