Kartdan pul oğurlayan şəxs saxlanıldı

Kartdan pul oğurlayan şəxs saxlanıldı
HADİSƏ
12:57 16.04.2026
127
 
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib.
 
Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb. 

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR