İspaniyanın "Barselona" klubunun keçmiş qapıçısı, artıq karyerasını bitirmiş Klaudio Bravo yenidən komandaya kömək etməyə hazır olduğunu açıqlayıb.
Keçmiş qolkiper "Barsa"nın zədələnərək sıradan çıxan qapıçısı Mark-Andre ter Ştegeni əvəz etməyə hazır olduğunu söyləyib.
Çilili futbolçu karyerasını bu ilin avqustunda bitirdiyini açıqlayıb. Klub səviyyəsində o, Çilinin "Kolo-Kolo", İspaniyanın "Real Sosyedad", "Betis", İngiltərənin "Mançester Siti" komandalarının formasını geyinib.
Qeyd edək ki, "Barselona" Mark-Andre ter Ştegenin uzun müddət yaşıl meydanlardan kənarda qalacağını təsdiqləyib. 32 yaşlı almaniyalı La Liqanın VI turunda "Vilyarreal"la oyunda (5:1) zədələnib və meydanı xərəkdə tərk edib.
///Report