Mənbə bildirir ki, Kaşıkçının ölümü öncədən planlaşdırılıbmış
Səudiyyəli jurnalist Camal Kaşıkçını Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olan kimi boğaraq öldürüblər.
Bu haqda informasiyanı Türkiyə Baş prokurorluğu yayıb.
Associated Press yazır ki, Kaşıkçı öldürüldükdən sonra hissələrə parçalanıb.
Mənbə bildirir ki, Kaşıkçının ölümü öncədən planlaşdırılıbmış.
Səudiyyə Ərəbistanı oktyabr ayının 20-də açıqlayıb ki, jurnalist oktyabr ayının 2-də konsulluğun ərazisində münaqişə zamanı ölüb.
///AzNews.az