Kasilyas Messiyə ''yox'' dedi

İDMAN
14:00 23.10.2012
1328

İspaniya millisinin qapıçısı İker Kasilyas “Qızıl top” mükafatında kimə səs verəcəyini müəyyənləşdirib.

Qol.Az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, Kasilyas birinci yerə “Real”ın müdafiəçisi Serxio Ramosu, ikinci yerə Kriştiano Ronaldonu, üçüncü yerə isə “Barselona”nın yarımmüdafiəçisi Xavini layiq görüb.

Beləliklə, Kasilyas son iki ildə “Qızıl top” mükafatını qazanan “Barselona”nın hücumçusu Lionel Messiyə səs verməyəcək.

OXŞAR XƏBƏRLƏR