Bu gün axşam saatlarında KATV-1 kabel televiziyasında yayım dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, müəyyən fasilələrlə yayım 30 dəqiqəyə yaxın dayandırılıb.
Azərbaycan tamaşaçıları KATV-yə etirazını sosial şəbəkələr vasitəsilə bildirib.
Bir çox istifadəçi kabel televiziyasını bu addıma görə kəskin tənqid edib.