İsrailin müdafiə naziri İsrael Katz Livanın cənubunda hərbi əməliyyatların davam etdiriləcəyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir Cənubi Livanda təhlükəsizlik məqsədilə bufer zona yaradılması planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu zona Litani çayına qədər uzanacaq və ərazi İsrailin nəzarətində saxlanılacaq.
İsrael Katz əlavə edib ki, sərhəd bölgəsində yerləşən kənd və qəsəbələrdəki yaşayış məntəqələrinin sökülməsi də nəzərdə tutulur.
Digər tərəfdən, nazir qeyd edib ki, Cənubi Livandan təxliyə olunan təxminən 600 min nəfərin geri qayıdışı İsrail vətəndaşlarının təhlükəsizliyi tam təmin olunana qədər mümkün olmayacaq.
Gülay










































