“Komanda oyuna çox yaxşı köklənmişdi. Erkən qol vurduq".Bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqanın 27-ci turunda "Simurq"a böyük hesabla (5:0) qalib gəldikləri oyundan sonra keçirilən mətubat konfransında deyib.
Gürcü mütəxəssis rəqibin azlıqda qalmasının komandasının oyununa müsbət təsir etdiyini bildirib: " Sürətli hücumlar təşkil etdik və qolların ardını gətirdik. Qarşıda “Neftçi” ilə çətin oyunumuz var, bu oyuna hazırlaşmalıyıq”.