Kaya Kallasdan Hörmüz boğazı ilə bağlı vacib - AÇIQLAMA
DÜNYA
15:01 16.03.2026
121
Avropa Birliyinə (AB) üzv ölkələr Hörmüz boğazında təhlükəsizliyi möhkəmləndirmək məqsədilə hərbi gəmilərin göndərilməsi məsələsini müzakirə edir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bununla bağlı, AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib.
Kallas bildirib ki, Aİ-nin bölgədə artıq bir sıra missiyaları fəaliyyət göstərir və onların arasında Aspides əməliyyatı da var. Onun sözlərinə görə, nazirlər bu missiyanın mandatının genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.
Diplomat qeyd edib ki, əsas sual Aİ ölkələrinin bu missiya çərçivəsində hərbi gəmilərini bölgəyə göndərməyə hazır olub-olmamasıdır.
O, vurğulayıb ki, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyat üçün ciddi risk yaradır, eyni zamanda enerji təchizatına təhlükə yaradır və regiondakı tərəfdaş ölkələrə mənfi təsir göstərir.