Türkiyənin məşhur sənətçiləri Bakıya aktyor seçməyə gəlirlər.
Uzun illərdir ABŞ-da yaşayan, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmak mayın 25-dən iyunun 15-nə kimi “Acıtan Yürek” filminin seçim turlarıyla bağlı Bakıya gələcək.AZXEBER.COM-un məlumatına görə, rejissor filmdə ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslərin çəkiləcəyini deyib. O, azərbaycanlı rejissorlardan Vahid Mustafayevi tanıdığını söyləyib.Xüsusilə onu da qeyd edək ki, Türkiyənin ən çox izlənilən “Kaybolan yıllar” serialının baş rolunun ifaçılarından olan, məşhur aktyor Saruhan Hunel də (Əsmər) Bakıya gələcək. O, filmin seçim turlarına münsif kimi qatılacaq.Seçim turları Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvanda keçiriləcək.Qeyd edək ki, filmin çəkilişləri Azərbaycanda – Bakıda və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdirəcək.