Kazana uçan təyyarə Bakıda eniş edib

Kazana uçan təyyarə Bakıda eniş edib
SOSİAL
01:19 20.01.2026
707
"FlyDubai” aviaşirkətinə məxsus, Dubay — Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

"Boeing 737” tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR