Dekabrın 30-da Kazanda Qafqazlılarla baş vermiş kütləvi davanın videoları yayılıb.
Qeyd edək ki, video sosial şəbəkələrdə yerləşdirilib.
Tatarıstanın Daxili İşlər Nazirliyi kütləvi davanı qızışdıran şəxslərin iki nəfər Kazan sakiniolduğunu qeyd edib:
“Aparılan təhqiqatlar zamanı davanı qızışdıran şəxslərin 1993 və 1995-ci il təvəllüdlü olduqları aydınlaşıb. Onlar müxtəlif soyuq silahlardan istifadə edərək, qafqazlılara hücum ediblər. Nəticədə bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib”.