Müğənni Şəbnəm Qəhrəmanova ilə bəstəkar-müğənni Kazım Cəbrayılov (Kazım Can) arasında qalmaqal yaşanıb.
AZXEBER.COM xəbər verir ki, Şəbnəm Qəhramanova "Tarixin bir günü” verilişində qonaq olarkən onun ünvanına qalmaqallı fikirlər səsləndirib.
Qəhrəmanovanın Kazm Canı hədəf almasına səbəb "Afaqla onlar” verilişində Türkan Vəlizadənin ifası səslənərkən onun əli ilə "X” işarəsi göstərməsi olub:
"Ola bilər ki, Lalə Məmmədova tanımasın Türkanı. Mən qınamadım. Sadəcə Kazım Canın hərəkətini düzgün qəbul etmədim. Çünki Kazım Can da Azərbaycan şou-biznesi üçün sənət əsəri yazmayıb ki, hansısa mahnıya, ya da sənətçiyə "X” çəksin. Onu Kazım Can edə bilməz. Heç kim edə bilməz”.