Xəbər verdiyimiz kimi Xalq artisti Aygün Kazımovanın "instagram" hesabı naməlum şəxslər tərəfindən ələ keçirilib.
AZXEBER.COM xəbər verir ki, hesabı ələ keçirən şəxs bu gün Azərbaycan dilində paylaşım edərək xalq artistini hədələyib.
O, Kazımovadan 10.000 avro pul tələb edir:
"Aygün Kazımova. Əgər məni görürsənsə, 10.000 avro dəyərində bitkoin göndərmək üçün mənə teleqramda yaz, profilinə qovuş. Yoxsa onu ruslara satacağam"- paylaşımda deyilir.
Aysel