Keçmiş sevgilisi Xatirə İslamdan 2 milyon manat istəyir

Keçmiş sevgilisi Xatirə İslamdan 2 milyon manat istəyir
ŞOU-BİZNES
18:29 19.06.2011
6601
O, istintaq təcridxanasından ümumi cəzaçəkmə müəssisəsinə köçürülməməsini istəyib. Zal Yusifov qeyd edib ki, həbsxanada onun həyatına qarşı təhlükə ola bilər. Yusifov həbsdə olan hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının saxlandığı 9 saylı cəzaçəkmə müəssisənə köçürülməsini istəyib. Lakin müvafiq qurumlar keçmiş bankirin bu istəyini nəzərə almayıblar. 
Milli Təhlükəsizklik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Zal Yusifov 13 saylı cəzaçəkmə müəssəsinə köçürülüb. Onunla birlikdə mühakimə olunan Müdafiə Nazirliyinin mayoru Vüqar Behbudov da cəza çəkmə müəssisinə etap edilib. Hökm zamanı məhkəmə zalından həbs edilən Zal Yusiofovun oğlu, Xatirə İslama milyonlarla pul xərcləyən İslam Yusifov da saxlandığı Bakı istintaq təcridxanasından 13 saylı müəssisəyə göndərilib.

Redaksiyamıza daxil olan məlumata görə, İslam Yusifov milyonlarla pul xərclədiyi məşhur müğənni Xatirə İslama sifariş göndərib. O, müğənnidən illər əvvəl xərclədiyi pulların geri qaytarmasını tələb edib. İslam Yusifov pullarını müğənnidən geri istəməklə, aldadılan müştərilərə dəymiş ziyanın ödəmək istəyir. O, zərərçəkmişlərin pulunu qaytarmağa can atır və 8 il həbsxanada yatmaq niyyətində deyil.
Xatırladaq ki, İslam Yusifov mənimsənilən pullardan 2 milyon manatını Xatirə İslama xərcləyib. Ona iki ev, iki maşın alıb.

Qeyd edək ki, Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Z. Yusifovun oğlu İslam Yusifov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib.

İttiham aktına görə, Zal Yusifov və filialın əməkdaşları - onun oğlu İslam Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 nəfər müştərinin 40 milyon manat pulunu ələ keçiriblər.
Xatırladaq ki, Zal Yusifov «Texnikabank» rəhbərliyinin hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb. Daxili audit nəticəsində “Bakı” filialında ortaya çıxan qanunsuzluqlardan və müştərilərin şikayətindən sonra bank rəhbərliyi filial müdiri ilə bağlı ölçü götürülməsini istəyib. 

Məhkəmə hökmündən narazı qalan bankir və onunla birlikdə mühakimə edilənlər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi hökmün dəyişdirilməməsi barədə qərar qəbul edib. Hazırda Zal Yusifov və digərləri Ali Məhkəməyə kasasiya şikayəti verib. Hələ onların kasasiya şikayəti üzrə məhkəmə başlamayıb. Zal Yusifov kasasiya şikayəti verdiyi üçün əmlak müsadirəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı icra edilmir. Ali Məhkəmənin qərarından sonra Zal Yusifovun əmlakı hərrac yolu ilə satışa çıxarılıb zərərçəkmişlərə dəymiş ziyan ödəniləcək.
Zal Yusifov aldatdığı şəxslərdən ümumilikdə 40 milyona qədər pul alıb. Lakin Zal Yusifovun əmlakı ən çoxu 20 milyon manat dəyərində hesablanıb. Məhkəmə hökmündə böyük məbləğdə pulların qaytarılmayacağına işarə vurulmuşdu.

/// bizimyol

OXŞAR XƏBƏRLƏR