Məlumata əsasən Kəbədə ildırım düşməsi nəticəsində qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Dağıntılar altında qalanlar var.
Məlumata görə Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib. Kəbədə baş vermiş faciə nəticəsində ölənlərin sayı durmadan artır.
Səudiyyə Ərəbistanı rəsmiləri bildirir ki, qaldırıcı kranın aşaraq Kəbədə tikilinin üzərinə aşması nəticəsində 65 nəfər ölüb,154 nəfər isə yaralanıb.
Hazırda xilasedicilər və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir. ANS






