Keçmiş arvadını başqa kişi ilə öpüşdüyünə görə öldürən kişi hökmdən narazıdır - Azərbaycanda

Keçmiş arvadını başqa kişi ilə öpüşdüyünə görə öldürən kişi hökmdən narazıdır - Azərbaycanda
SOSİAL
14:00 18.03.2019
4181
Həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə təqsirli bilinən İsmayılov Ramin Səfər oğlu Bakı Apelyasiya məhkəməsinə şikayət edib.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 19-da  Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi 2018-ci il may ayının 21-də Xətai rayonu Nahimov küçəsindəki evlərdən birində törədilib. Mənzildə 1954-cü il təvəllüdlü Ətir Şirinova və qızı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib. Qadınların cəsədini Ətir Şirinovanın evə qayıdan oğlu aşkarlayıb. Qətlin Günay İsgəndərovanın keçmiş həyat yoldaşı İsmayılov Ramin Səfər oğlunun törətdiyi məlum olub. Qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs daha sonra Ağdam rayonuna gedərək orada polisə təslim olub.
Məhkəmədə ifadə verən Ramin İsmayılov deyib ki, 2006-cı ildə rəsmən boşanıb:

"Mən oğlumla Ağdama getmişdim, atamın səhhətinə problem var idi. Sonra Bakıya qayıtdım, qaldığımız evə getdim. Arvadım anasının yanında Xəyyamla öpüşürdü. Mən tez oğlumu evdən çıxarıb başqa yerə aparıb qoydum, sonra evə qayıtdım. Dedim, bu, nə hərəkətdir, edirsən. Dedi, Xəyyam mənim sevgilimdi. Anası da dedi, qızımın şəxsi həyatıdır, özü bilər. Öyrəndim ki, artıq onların dini kəbini də var".

Ramin İsmayılov qeyd edib ki, həyat yoldaşının başqa adamla münasibətdə olduğunu öyrənib:
 "Günayla Xəyyamın cinsi əlaqədə olduğunu bildim. Həmin an özümdən çıxdım, sobanın içindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq qarnına batdı, anası da araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram.

Bir də özümə gəldim ki, "Avtovağzal"dan rayona gedirəm. Ağdama gedib atamgillə sağollaşdım, çay içdim. Sonra polislər gəldi, onlarla getdim. Oğluma görə peşmanam, gərək etməzdim. Amma mənim namusuma toxunmuşdu".

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə Ramin İsmayılov ömürlük azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
10:24 13.07.2026
Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan!
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
10:19 13.07.2026
TikTok 2026-cı ilin ilk rübündə Azərbaycanda 600 min videonu sildi
Pensiyalar nə vaxt veriləcək?
10:14 13.07.2026
Pensiyalar nə vaxt veriləcək?
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
10:09 13.07.2026
"Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinin fəal tərəfdarı olub"
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
10:07 13.07.2026
Prezident: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
10:06 13.07.2026
Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi - İlham Əliyev
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
10:04 13.07.2026
Prezident: İndiki şəraitdə Ermənistan etibarlı yanacaq mənbəyinə malikdir və bu mənbə Azərbaycandır
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
10:03 13.07.2026
İlham Əliyev: 907-ci düzəliş tamamilə köhnəlib və tam şəkildə ləğv edilməlidir
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
10:01 13.07.2026
AZAL ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work” sertifikatı ilə təltif olunub
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
09:59 13.07.2026
Dövlət başçısı Azərbaycanın orta güc kimi dəyərləndirilməsinə münasibət bildirib
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
09:50 13.07.2026
"Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir"
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
09:48 13.07.2026
Avropa Şurası ilə münasibətlərin normallaşmasını istəyirik, lakin ilk addımı onlar atmalıdır - İlham Əliyev
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
09:46 13.07.2026
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
09:41 13.07.2026
Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib - Prezident
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
09:40 13.07.2026
İlham Əliyev: Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb
09:32 13.07.2026
Dövlət başçısı Azərbaycanın nəqliyyat dəhlizi kimi əhəmiyyətindən danışıb