Keçmiş arvadını uşaqlarının və anasının gözü qarşısında öldürən kişidən YENİ XƏBƏR

Keçmiş arvadını uşaqlarının və anasının gözü qarşısında öldürən kişidən YENİ XƏBƏR
SOSİAL
10:52 07.12.2021
349
Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Nurlan Sultanovun məhkəməsi başlayır.

Bu barədə AZXEBER.COM-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il avqustun 24-də rayonun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Kəmalə Sultanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin keçmiş əri 1989-cu il təvəllüdlü Nurlan Sultanovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək azyaşlı uşaqlarının və anasının gözü qarşısında Kəmalə Sultanovanı qəsdən öldürməsinə və cinayətin qarşısını almağa çalışan Kəmalə Sultanovanın anasını itələyərək qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Nurlan Sultanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
16:52 05.04.2026
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
16:45 05.04.2026
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
Maştağada xətt bərpa edildi
16:20 05.04.2026
Maştağada xətt bərpa edildi
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
16:12 05.04.2026
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
15:51 05.04.2026
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
15:39 05.04.2026
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
15:35 05.04.2026
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
15:19 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
15:16 05.04.2026
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
15:08 05.04.2026
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
14:56 05.04.2026
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
14:37 05.04.2026
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
14:27 05.04.2026
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
14:25 05.04.2026
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
14:19 05.04.2026
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO
13:54 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO