Keçmiş arvadının evinə gələn şəxs havaya atəş açıb, daha sonra intihar edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Muğla bölgəsində baş verib.
Təxminən bir il əvvəl tərk etdiyi iki uşaq anası olan keçmiş həyat yoldaşının evinə gələn Turqut adlı şəxs ov tüfəngi ilə havaya 5 dəfə atəş açıb.
Ətrafdakı şəxslərin qorxu və narahatlığına səbəb olan şəxs daha sonra silahı öz başına dayayaraq atəş açıb. Hadisə yerinə gələn polis və tibb əməkdaşları şəxsin öldüyünü bildiriblər.
Şəxsin cansız bədəni yarılmaq üçün şəhər xəstəxanasının morquna aparılıb.
Faktla bağlı polis tərəfindən araşdırılma aparılır.
Aydın Nuri