Keçmiş baş nazir: Britaniyada söz azadlığı ləğv edilib

Keçmiş baş nazir: Britaniyada söz azadlığı ləğv edilib
DÜNYA
15:12 16.12.2025
105

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ölkədə söz azadlığının faktiki olaraq ləğv edildiyini bildirib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırkı baş nazir Kir Starmer Corc Oruelin "1984” distopik romanını sanki təlimat kimi qəbul edir. Bu barədə Liz Trass öz şousunun ikinci buraxılışında danışıb.

Keçmiş baş nazir qeyd edib ki, əgər insanlar "insanlar hamilə qala bilər”, "müxtəliflik bizim gücümüzdür” və ya "İslam sülh dinidir” kimi hakim narrativləri mexaniki şəkildə təkrarlamırlarsa, onları işlərini, ləyaqətlərini itirmək, hətta daha ağır nəticələrlə üzləşmək təhlükəsi gözləyir.

Liz Trassın sözlərinə görə, Britaniyada hər gün təxminən 30 nəfər öz fikrini ifadə etdiyinə görə saxlanılır və ölkədə formalaşan senzura mühiti ilə Şərqi Almaniya belə fəxr edə bilərdi.

"Britaniyada gündə 30 insan fikrini ifadə etdiyinə görə həbs olunur. Bu, Rusiya və Çindən də çoxdur, baxmayaraq ki, düşünürəm, həmin ölkələrdə insanları susdurmağın başqa üsulları da var. Bununla belə, müasir Britaniyada elə bir senzura tarixi formalaşıb ki, Şərqi Almaniya belə onunla fəxr edərdi. Hakimiyyət abort klinikaları yaxınlığında dua edən insanları, Qurani-Kərimi yandıran şəxsi və hətta ‘Twitter’de zarafat edənləri belə hədəfə alıb. Bu, təsadüfi deyil. Məqsəd Britaniyada insanların öz fikrini ifadə etməsini qadağan etməkdir. Ölkə yoxsullaşır, kütləvi miqrasiya bizi sıxışdırır, bu hökumət tarixdə ən qeyri-populyar hökumətdir. Elitaların reaksiyası isə özünütəhlil olmadı. Onlar cəmiyyəti dinləmədilər, fərqli səsləri boğmağa çalışdılar. Bu məsələ təkcə Britaniyaya aid deyil. Bütün Avropada dezinformasiya ilə mübarizə bəhanəsi altında söz azadlığının məhdudlaşdırılması cəhdləri sürətlə davam edir”, – deyə Liz Trass vurğulayıb.

OXŞAR XƏBƏRLƏR