Silvio Berluskoni “Mançester Siti” klubunun forvardı Mario Balotelliyə “çürük alma” dediyinə görə üzr istəyib.AZXEBER.COM-un ntv.ru saytına istinadən verdiyi xəbərə görə, “Milan”ın sahibi və İtaliyanın keçmiş baş naziri bu gün üzr istəyərək bunları deyib: “Əgər o mənim sözlərimi təhqir kimi başa düşürsə, mən üzr istəyirəm. Mən demək istəyirdim ki, “Milan” üçün komandada müsbət oyunçuların olması yaxşıdır. Mənim sözlərim ona ünvanlanmamışdı”.İtaliyanın keçmiş baş naziri həmçinin Mario Balotellini almaq fikrində olmadıqlarını da deyib. İngilis mətbuatının yazdığına görə, bu futbolçunu komandanın baş məşqçisi Massimiliano Alleqri almaq istəyir. Həmçinin belə bir fikir də var ki, komandanın vitse-prezidebti Adriano Qalliani 22 yaşlı forvardla heç maraqlanmayıb, “Milan” ümumiyyətlə yaxın zamanda hər hansı futbolçunu almağı planlaşdırmır.