Keçmiş baş nazir intihara cəhd etdi

Keçmiş baş nazir intihara cəhd etdi
12:12 21.06.2012
1624
Rumıniyanın keçmiş baş naziri Adrian Nastase intihara təşəbbüs etsə də, sağ qalıb. O, ölkənin Ali məhkəməsi tərəfindən ona qarşı korrupsiya ittihamları ilə təqsirli bilinərək 2 il həbs cəzası aldıqdan sonra bu addımı atıb. Keçmiş baş nazirin polislər onu həbs etməyə gəldikdə öz boğazına atəş açdığını bildirilir.İntihar cəhdindən əvvəl 62 yaşlı Nastase ona qarşı qaldırılmış məhkəmə işinin siyasi motivlərə əsaslandığını və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini bildirmişdi. O, martın 30-da məhkəmə qərarına apellyasiya versə də, Ali məhkəmə onun baş tutmayan prezident kampaniyası üçün qeyri-qanuni yolla maliyyə yardımı almaqda təqsirli bilinməsi qərarını dəstəkləyib. Bu isə ölkədə əks-səda doğurub. Rumıniyanın baş naziri Viktor Ponta öz sələfinə baş çəkib və onun vəziyyətinin nəzarət altında olduğunu deyib.
OXŞAR XƏBƏRLƏR