Keçmiş baş qərargah rəisinə ömürlük cəza verildi

DÜNYA
17:50 05.08.2013
1369
Bu gün Türkiyədə "Ergenekon" işi ilə bağlı məhkəmə işinin yekun iclası keçirilib. 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ittiham edilənlər arasında keçmiş baş qərargah rəisi İlkər Başbuğ da olub. Məhkəmə qərarı ilə keçmiş qərargah rəisinə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. Başbuğ qərar elan ediləndən sonra etiraz əlaməti olaraq salonu tərk edib.Məhkəmədə 21 şübhəli barəsində bəraət, 32 nəfər barəsində isə müxtəlif müdətdə həbs qərarı verilib.Qeyd edək ki, İ.Başbuğ ilk dəfə hakim qarşısına 2012-ci il mart ayının 26-da çıxıb.

OXŞAR XƏBƏRLƏR