Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi

Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
SOSİAL
14:49 09.06.2026
162
Keçmiş deputatlığa namizəd İlkin Rəhimov Prezident İlham Əliyevə açıq məktub ünvanlayıb və ölkədə hüquq sahəsində həyata keçirilən islahatlara görə təşəkkürünü bildirib. 
 
Həmin açıq məktubu təqdim edirik: 
Çox hörmətli, cənab Prezident!
Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə – 2003-cü ildə on yeddi yaşım var idi, BDU-nun hüquq fakültəsinin tələbəsi idim. Bu gün qırx yaşım vardır. Başqa sözlə, özümü anlayandan – elə həmin illərdən bu yana bəzi istisna vaxtlar olmaqla (hərbi xidmət dövrüm, şəraitin imkan vermədiyi zamanlar, respublikadan kənarda olduğum günlər və s.) Sizin nəinki bütün çıxışlarınızı dinləmişəm, bütün xarici və daxili səfərlərinizi izləmişəm, hətta işlətdiyiniz söz və ifadələrinizdən (həmin söz və ifadələriniz bu gün artıq atalar sözü və zərb-məsəllər, yaxud aforizmlər səviyyəsində qəbul edilir!) leksikonuma daxil edib yeri və zamanı gələndə istifadə etmişəm və bu gün də həmin ənənəmi davam etdirirəm.
 
Orta məktəbdə oxuyanda qəhrəmanlıq dastanlarımızdan olan "Koroğlu”nu keçirdik. Dastan boyu Koroğlunun qəhrəmanlığından, məğlubedilməzliyindən, uğurlarından danışılır. Bir dəfə atama (atam texnika üzrə fəlsəfə doktorudur, vaxtilə uzun müddət Azərbaycan Texniki Universitetində çalışıbdır) sual verdim ki, əgər Koroğlu bu qədər güclü idisə, bu qədər məğlubedilməz orduya – 7777 əsgərə, əfsanəvi ata – "Qırat”a sahib ola-ola bəs nə üçün keçəl Həmzəyə uduzdu – aldandı, gizir oğlu Mustafa bəylə, Kürdoğlu ilə mübarizədə məğlub oldu, eləcə də xeyli uğursuzluqlarla qarşılaşdı və sonda da bütün dəliləri onu tərk etdi, qocalanda da tək qaldı? Atam da izahı belə vermişdi ki, Koroğlu bütün qərarlarını təkbaşına verirdi – xalqına arxalanmırdı; hansı yürüşə, hansı səfərə çıxanda ki, xalqının xeyir-duasını alırdı həmin yürüşdən zəfərlə qayıdırdı, amma hansı səfərə – yürüşə ki çıxanda xalqın arzu və istəyini nəzərə almadan – təkbaşına, hətta xalqın arzu və istəyinin ziddinə olan qərarlar verərək çıxırdı, həmin səfərdən məğlub qayıdırdı. Gərəkdir ki sərkərdə öz xalqına arxalansın, gücünü xalqından alsın ("Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”! Heydər Əliyev).
 
Düşünürəm ki, bəlkə də, dünyada zəmanəmizin yeganə dövlət başçısısınız ki, öz xalqınıza arxalanır, öz xalqınıza inanır, öz xalqınızı dinləyir, fikrinizi xalqınızla bölüşür, öz xalqınızdan heç nəyi gizlətmədən xalqınızla səmimi olur və gücünüzü xalqımızdan – ağzıdualı ata-analarımızdan, dünyalarını dəyişmiş baba-nənələrimizin ruhundan alırsınız (necə ki bunu vaxtilə ümummilli liderimiz – Ulu Öndər – Heydər Əliyev etmişdir!)
 
Öz zəkanızla, inam və xarizmanızla xalqın gücünün sintezi bütün uğurlarınızın kökü – təməlidirsə, məhsulu da "dəmir yumruq” kimi uğurlarımız, əzəməti isə yeni tikilən şəhərlərimiz, kəndlərimiz, gün-gündən artan iqtisadi siyasi, hərbi və s. gücümüz, qüdrətimiz, rifahımızdır.
Əlbəttə, 8 Noyabr 2020-ci il zəfəri bir günün zəfəri deyildir – 2003-cü ildən bu yana sərf etdiyiniz elminizin, biliyinizin, illərinizin təcrübəsinin, zəkanızın qələbəsidir, müxtəlif illərdə respublikamızda keçirilmiş beynəlxalq siyasi, ictimai, mədəni tədbirlər, neçə-neçə idman yarışları, "Formula-1”, 2015-ci il yay Avropa oyunları, gimnastika, güləş və digər Avropa və dünya çempionatı yarışları, Avroviziya-2012 musiqi yarışması, həmçinin digər festivallar, simpoziumlar, elmi konfranslar, olimpiadalar, toplantılar, görüşlər, beynəlxalq əhəmiyyətli layihələr, sərmayələr, hərbi təlimlər, BMT tribunasındakı, Avropa Şurasındakı və digər iqtisadi forumlardakı çıxışlarımız – bir sözlə, apardığınız xarici və daxili siyasət və sair – bunların hamısı 2016-ci il aprel döyüşlərinə, ardınca da 2020-ci ildə öz bəhrəsini verdi – gətirib "8 Noyabr Zəfəri”nə çıxartdı. Və bu gün də həmin zəfərin dalğaları yayılaraq region və dünya dövlətləri arenasında, müxtəlif sahələrdə yeni-yeni qələbələrimizin təminatçısı olaraq qəbul edir.
 
İndi biz də nəinki regionda, hətta bütün dünyada söz sahibi olan bir dövlət başçısı – Azərbaycan Respublikasının Prezidenti ilə fəxr edirik.
 
"Vətən müharibəsi”ndən sonra isə respublikamız digər tədbirlərə: Cop-29, WUF 13 və s. kimi beynəlxalq tədbirlərə uğurla – nümunəvi ev sahibliyi etmişdir. Növbətilərin nə vaxt və hansıların olacağını isə biz bilməsək də, əminəm ki, Siz özünüz bilirsiniz və zamanı gələndə bizə də əyan olacaqdır.
Dövlət başçısı vəzifəsinə gəldiyiniz ilk gündən apardığınız uğurlu siyasət, tikinti-quruculuq işləri (xüsusilə 2020-ci ildən bu yana Şərqi Zəngəzur bölgəmizdə), ilk gündən başlatdığınız struktur dəyişikliklər, necə deyərlər, islahatlar göz oxşayır.
 
Bu gün respublikamızın elə bir sahəsi yoxdur ki, orada Sizin təqdirəlayiq dəst-xəttiniz görünməsin; istər siyasətdə, o cümlədən kadr siyasətində, xüsusilə 2018-ci ildən bu yana apardığınız kadr islahatlarında (Prezident Adminstrasiyasındakı kadr və struktur dəyişikliklər başda olmaqla), istərsə də iqtisadiyyatda, səhiyyədə, təhsil sahəsində daha əhəmiyyətli dərəcədə, dünya çapında Sizin adınızla bağlı olan, hətta "patentiniz” olan desək, daha düzgün olar, "Asan Xidmət” modeli, mədəniyyətdə, incəsənətdə, nəqliyyatda, rabitə, mətbuat – media sahələrində, ayrı-ayrılıqda hər bir istehsal zonasında, müdafiə və hərbi sənaye sahəsində, hüquq-mühafizə orqanlarının bütün istiqamətlərində – bütövlükdə qanunvericilik, məhkəmə və icra hakimiyyəti strukturlarında, eləcə də bölgə və regionlar üzrə xüsusi nümayəndələrin təyinatında – bir sözlə, elə bir sahə göstərmək mümkün deyil ki, orada inkişaf, yenilik və müsbət dinamika hiss edilməsin.
 
Bu sahələrin hər biri haqqında silsilə mövzular yazmağa dəyər, bunun üçün bir məktub – müraciət yox, böyük bir mətbu platforma lazımdır, Sizə göndərəcəyim bu məktubumda bunlardan yalnız biri haqqında – Ədliyyə Nazirliyi və onun xüsusi struktur bölməsi olan Penitensiar Xidmət sistemi haqqında həm öz fikrimi, həm də mənim kimi düşünən respublikamızın minlərlə vətəndaşının fikrini bildirə bilərəm.
Qeyd etdiyim sahələr üzrə seçib təyin etdiyiniz bütün kadrlarınız uğurludur, həmin kadrlardan ikisini – Ədliyyə naziri cənab Fərid Əhmədovu və Penitensiar Xidmətin rəisi cənab general Mirsaleh Seyidovu ona görə xüsusi qeyd edirəm ki, 27 ildir Penitensiar Xidmət sistemi ilə təmasımız vardır; son iki-üç ildə bu sistemdəki təbəddülat, ələlxüsus da axırıncı beş-altı aydakı inkişaf, insanlara göstərilən diqqət və münasibət – bu sahədən olan ümumvətəndaş məmnunluğu daha çox diqqətçəkəndir.
 
Bu iki şəxs bilavasitə – birbaşa Sizin təyin etdiyiniz uğurlu kadrlardırsa, onların da uğurlu seçimləri bilavasitə onların, bilvasitə – dolayısı ilə (vasitəli olaraq) isə yenə də Sizin seçiminiz olur. Hər hansı bir sahə üzrə Sizin siyasətinizi nazirlər və onların xidmət rəisləri olan generallar yerinə yetirirlərsə, yerlərdə isə Sizin siyasətinizi həmin şəxslərin təyin etdikləri kadrlar yerinə yetirir – icra edirlər.
Ədliyyə Nazirliyi və onun Penitensiar Xidmət sistemi haqqında iki-üç il öncə söyləyə bilmədiyimiz müsbət fikirləri, bu gün çox rahatlıqla həm Penitensiar Xidmətin müəssisələrindəki məhkumların, həm də onlarla görüşə gedən qohum-əqrəbalarının, dost-tanışlarının, demək olar ki, böyük əksəriyyətinin dilindən eşitmək mümkündür.
Əminik ki, bundan sonrakı hər hansı bir sahəyə təyin edəcəyiniz kadrlar da uğurlu olub Vətəninə, dövlətinə, xalqına adını çəkdiyim şəxslər kimi şərəf və ləyaqətlə xidmət edəcək, ümummilli liderimiz ulu öndər Heydər Əliyev ideyalarının və Sizin də məqsədyönlü siyasətinizin fasiləsiz olaraq həyata keçirilməyi üçün tələbatınızdan irəli gələn bütün qərarlarınızı əmrəmüntəzir müsəlləh bir əsgər kimi icra edəcəklər.
Çox hörmətli cənab Prezident!
Yuxarıda qeyd etdiklərimin davamı olaraq bu cür uğurlu seçimlərinizə görə ilk növbədə Sizə və Sizin vasitənizlə də təyin etdiyiniz kadrlarınıza həm öz adımdan, həm də mənim kimi rəydə olan minlərlə Azərbaycan vətəndaşı adından minnətdarlığımızı göndərir və bu minnətdarlığı qəbul etməyinizi xahiş edir, həmçinin qarşıdan gələn fərəhli bayramımız olan "15 İyun – Qurtuluş günü” münasibətilə Sizi, ailə üzvlərinizi və silahdaşlarınızı səmimi-qəlbdən təbrik edir, ümummilli liderimiz Heydər Əliyev ideyalarının, dövlətçilik siyasətinin davam olaraq həyata keçirilməyi, respublikamızda qazanılmış nailiyyətlərin qorunub saxlanmağı və daha da inkişaf etdirilməyi, eləcə də ədalətli və humanist qərarlarınız sayəsində xalqımızın xoş gələcəyi və gündən-günə yüksələn rifahı naminə Sizə və hər birinizə möhkəm cansağlığı, faydalı, mənalı və səadətlə dolu uzun ömür arzulayıram!
Vaxtınızı aldığım üçün məni məzur bilməyinizi əvvəlcədən rica edirəm.

Sizə böyük sayğı və ehtiramla, İlkin Rəhimov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
13:19 09.06.2026
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
Gəmidəkilərin nəşləri tapıldı
13:10 09.06.2026
Gəmidəkilərin nəşləri tapıldı