Onun bu qədər qəddar, manyak birisi olduğunu ağlıma da gətirməzdim. Məni öldürmək istəyirdi. Şikəst etdi, ölümcül vəziyyətdə qoyub qaçdı.
23 yaşlı Diana Luna qeyri-rəsmi nikahda olduğu sabiq əri, 33 yaşlı Xulio Aleksandr Ortisin cəlladlığının qurbanı olub.
AZXEBER.COM Milli.Az-a imstinadən bildirir ki, Kolumbiyanın paytaxtı Boqotanın cənub səmtində yaşayan Diana Luna ərindən bu ilin aprelində ayrılıb. Qadının dediyinə görə, içkiyə və narkotik maddələrə qurşanan əri onu hər gün amansızlıqla döyürdü.
10 aylıq qızının atası olan bu şəxslə bütün əlaqələri kəsən Luna tək yaşayır, övladını böyüdürdü.
Xulio isə onunla yaşamaq istəməyən keçmiş arvadından əl çəkməyib.
İyunun 21-də , axşam saatlarında Lunanın yaşadığı evin qarşısında onu gözləyən Xulio qucağında qızı olan Diananı görəndə motosikletini ona tərəf sürür, cibindən çıxardığı tapançanı keçmiş arvadına tuşlayaraq qışqırır: "Otur! Tez, otur!"
Diana qızını səs-küyə gəlmiş qonşu qadına verir, Xulio atəş açmasın deyə motosiklə oturur.
Şəhər kənarındakı motelə yollanan Xulio buradakı otaqda sabiq arvadını döyür.
Ürəyi soyumayan sabiq ər Diananı dəfələrlə zorlayır, sonra tikanlı məftillə yenidən döyür.
Sonda isə o, gətirdiyi mişarla arvadını doğramaq istəyir.
"Xulio məni öldürmək istəyirdi. Naçar qalıb iki dəfə özümü ölülüyə vurdum. O isə sakitləşmədi. Sağ qulağımın dibinə təpiklə vuranda huşumu itirdim. Ayılanda gördüm ki, mişarla mənə yaxınlaşır, "Səni doğrayacağam!" deyir. Zorla durub qaça bildim", - Diana Luna söyləyib.
Diana zorla qurtulub çölə çıxır və qışqıraraq kömək çağırır. Onun bəxti gətirmişdi: motelin həyətində iki polis zabiti vardı.
Polislər qadını Xulionun əlindən alır, əliqanlı manyakı həbs edirlər.
Qanaxmadan, aldığı travmalardan huşunu itirib yerə yıxılmış Diana xəstəxanaya aparılır və reanimasiya bölməsinə yerləşdirilir.
O, dəhal əməliyyat olunub: cərrahlar, sadəcə, Diananın üzünə 49 tikiş qoymuşdular.
O vaxtdan bəri Diana Luna 6 cərrahiyyə əməliyyatına məruz qalıb. Qadının dediyinə görə, üzündəki tikanlı məftil yerlərinin, çapıqların yoxa çıxarılması üçün hələ iki əməliyyat da olunmalıdır.
Diananın dediyinə görə, plastik cərrahiyyə əməliyyatlarından sonra qızı onu tanımır.
"Qızımı qucağıma götürürəm, ağlayır. Məni tanımır. Bundan böyük dərd olar?!" - Diana deyib.