Keçmiş ərin yandırdığı qadın Bakıya gətirildi: Bədən səthinin 70 faizi yanıb

Keçmiş ərin yandırdığı qadın Bakıya gətirildi: Bədən səthinin 70 faizi yanıb
SOSİAL
11:35 10.06.2020
1053
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Kürdəmirdə keçmiş əri tərəfindən üzərinə benzin tökülərək, yandırılan qadının vəziyyəti barədə açıqlama verib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yandırılan qadın Bakıya gətirilib:

"Həmin qadın Respublika Yanıq Mərkəzinə gətirilib. Bədən səthininin 70 faizinin 3-4-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib”.

O qeyd edib ki, qadının vəziyyəti ağır stabildir. 

Qeyd edək ki, Nurlan Hüseynov Kürdəmirin Muğanlı kəndindəki evində ailə-məişət münaqişəsi zəminində 2017-ci ildə boşandığı arvadı Şura Əmirovanın üzərinə benzin tökərək yandırıb.
 


OXŞAR XƏBƏRLƏR