Keçmiş futbol hakimi evində ölü tapıldı

İDMAN
13:53 11.10.2024
300
Keniyanın Mombasa şəhərində yaşayan 75 yaşlı britaniyalı Con Middleton evinin hamamında bıçaqlanmış vəziyyətdə tapılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbol hakimi Middltonun ölümü onun itlərinin zəhərləndiyini bildirdikdən bir neçə gün sonra baş verib.
 
Klubun kapitanı Dinesh Sasan, BBC-yə verdiyi açıqlamada, Middletonun itlərinin son günlər zəhərlənmə cəhdlərinə məruz qaldığını söyləyib.
 
Hadisənin kim tərəfindən törədildiyi polis tərəfindən araşdırılır.
 
Norfolk Futbol Assosiasiyası Middletonun ölümündən kədərləndiyini bildirib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR