Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.
Məlumata görə, Asif Muxtarov dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır.