Ali Koçu tənqid edən keçmiş futbolçuya silahlı hücum oldu

İDMAN
02:03 27.09.2024
647
"Fənərbaxça”nın keçmiş futbolçusu Serhat Akın silahlı hücuma məruz qalıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, keçmiş futbolçu canlı yayımdan çıxan zaman silahlı hücuma məruz qalıb. 
 
Hücum nəticəsində o, ayağından yaralanıb.
 
Hadisədən sonra açıqlama verən Serhat Akın deyib: "Proqramdan çıxarkən silahla vuruldum. Ayağımdan atəş açıblar. O anda belə son sözüm "Fənərbaxça" oldu".
 
Xatırladaq ki, Sərhat Akın "Fənərbaxça” prezidenti Ali Koçun ən kəskin tənqidçisi kimi tanınır. O bir neçə gün öncəki açıqlamasında təhdid olunduğunu demişdi. 
 
Aysel

OXŞAR XƏBƏRLƏR