Keçmiş gözəllik kraliçası 33 yaşında vəfat edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ikinci övladına hamilə olan 33 yaşlı suriyalı aktrisa virus infeksiyasından müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Yanvar ayından reanimasiyada həyat mübarizəsi aparan gənc aktrisa ölməzdən əvvəl sosial media hesabında "Ölürəm, məni bağışlayın" yazaraq sevdiklərini kədərləndirib.
Qeyd edək ki, pnevmoniyaya yoluxan Moradın hamiləlik dövründə vəziyyəti pisləşib və ağciyərlərində ciddi problemlər yaranıb.
Bütün müdaxilələrə baxmayaraq gözəl aktrisanı xilas etmək mümkün olmayıb.
Gülay