Bu gün "Səhər-Səhər" verilişində qonaq olan xalq artisti Səməd Səmədov ilk həyat yoldaşı Zərifə xanımın "Xəzər maqazin"də dediyi "Səməd oğlunun yasına qırmızı pencəkdə gəldi" açıqlamasına cavab verib.
Müğənni həyat yoldaşının 40 il sonra bu hadisəni gündəmə gətirmək məqsədinin onu alçaltmaq olduğunu deyib.
Qeyd edək ki, Səməd Səmədov Zərifə xanımdan ayrıldıqdan sonra ikinci dəfə ailə qurub.
///milli.az