Keçmiş icra başçısının həbsdə olan qızı Ali Məhkəməyə müraciət etdi

Keçmiş icra başçısının həbsdə olan qızı Ali Məhkəməyə müraciət etdi
SOSİAL
17:56 28.11.2017
1760
Dələduzluqda təqsirləndirilən Nigar Abdullayeva kassasiya şikayəti verib.

AZXEBER.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, Salyanın keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.

N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. N.Abdullayeva 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. O, turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladığı üçün qərardan şikayət verilib. İşə Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə noyabrın 29-da baxılacaq.

OXŞAR XƏBƏRLƏR