Keçmiş icra məmuruna yeni vəzifə verildi

Keçmiş icra məmuruna yeni vəzifə verildi
SOSİAL
23:44 23.02.2026
699
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət Arxivinə yeni müdir təyin olunub.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Hüseyn Hamlet oğlu Məhərrəmli təyinat alıb.

Qeyd edək ki, H.Məhərrəmli 1995-ci ildə anadan olub. O, 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb. 2018-2024-cü illərdə isə Göygöl Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyib.

/Unikal
OXŞAR XƏBƏRLƏR