İranda keçmiş prezident Mahmud Əhmədinejadın ölkəni tərk etməsinə icazə verilməyib.
AZXEBER.COM xəbər verir ki, bildirilib ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Mərkəzi Amerika ölkəsi Qvatemalaya getmək üçün gəldiyi Tehran hava limanında onun pasportu müsadirə edilib və onun ölkəni tərk etməsinə icazə verilməyib.
Yayılan xəbərlərdə "özlərini kəşfiyyat və təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər bu gün İmam Xomeyni hava limanına gələrək Əhmədinejadın pasportunu ələ keçirib və onun Qvatemalaya getməsinə mane olublar”, - deyə bildirilib.
Gülay