AZXEBER.COM xəbər verir ki, təbrik Rusiya klubunun "Instagram" hesabında paylaşılıb.
"Dünən axşam Azərbaycanın "Qarabağ" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsinə rəsmi olaraq çıxdı. Bunun bizim klubla nə əlaqəsi var? Cavab veririk: Ağdam komandasına "Baltika"nın keçmiş oyunçusu məşqçilik edir!", - deyə Kalininqrad təmsilçisinin paylaşımında vurğulanıb.
Xatırladaq ki, Qurban Qurbanov 1999-cu ildə "Baltika"nın heyətində 14 matç keçirib və bir qol vurub.










































