Keçmiş komandir xəbərdarlıq etdi: İsrail çoxlu sayda itki verəcək

Keçmiş komandir xəbərdarlıq etdi: İsrail çoxlu sayda itki verəcək
DÜNYA
12:33 25.10.2023
152
Keçmiş İsrail komandiri ordunun blokadada olan Qəzza zolağına qurudan müdaxiləsi ilə bağlı ehtiyatlı olmağı tövsiyə edib və ordunun ciddi itkilər verəcəyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunda ehtiyatda olan zabitlərdən məsul hərbi müfəttiş vəzifəsində çalışmış general-mayor İtzhak Brik İsrail dövlət televiziyası KAN-a açıqlama verib.

Brik açıqlamasında "İsrail ordusu Qəzzaya girərsə, çoxlu itki verəcək və gücü ciddi şəkildə azalacaq", - deyə bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR