Keçmiş məhkum "28 Mall"dan bahalı gödəkçəni geyinib, qaçdı

Keçmiş məhkum "28 Mall"dan bahalı gödəkçəni geyinib, qaçdı
SOSİAL
10:33 22.04.2019
2857
Bakıda ticarət mərkəzində oğurluq edən şəxs yaxalanıb.

AZXEBER.COM-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzində baş verib.

Ticarət mərkəzinə daxil olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Fərid Abdulhadi mərkəzdəki mağazalardan birindən bahalı gödəkçəni geyinərək hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində F.Abdulhadi saxlanılıb.

Məlum olub ki, F.Abdulhadi əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR