Bakı sakinində qumbara aşkarlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb.
Ondan 3 ədəd "F-1” qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.










































