Keçmiş məhkum gəncləri xaricdə təhsil adı ilə aldatdı

SOSİAL
12:42 04.04.2016
1755
Bakıda keçmiş məhkum gənclərə onları xaricdə təhsil almağa göndərəcəyi ilə bağlı vəd verərək aldadıb.
Zaqatala rayon sakini olan Sabir Həsrətov öncədən hər bir şəxsdən 3 min manat pul alıb. Bu barədə Bakı sakinləri, 1991-ci il təvəllüdlü Nurlan Bayramov, 1991-ci il təvəllüdlü İlqar Məmmədov və 1987-ci il təvəllüdlü Zaur Hüseynov 24-cü Polis Bölməsinə müraciət edərək məlumat veriblər.
Onlar bildiriblər ki, S.Həsrətov 2015-ci ilin avqust ayında etibarlarından sui-istifadə edərək hər birindən 3 min manat alıb. Lakin S.Həsrətov gəncləri xaricdə təhsil almağa həsrət qoyaraq vədinə əməl etməyib. Həmin şəxslər verdikləri pulu da geri ala bilməyiblər.
Qeyd edək ki, Sabir Həsrətovdan şikayətçilər bir neçə nəfərdir. Onlardan biri də Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlqar Əmiraslanovdur. O da oğlunun xaricdə təhsil alması üçün S.Həsrətova 3 min manat verib və oxşar halla qarşılaşıb.
Dələduzluqda ittiham olunan Sabir Həsrətovla bağlı araşdırma aparılır.
///qafqazinfo

OXŞAR XƏBƏRLƏR